Baş nazir: Azərbaycanda dərman vasitələrinə qiymətqoyma sistemi təkmilləşdirilir

Baş nazir: Azərbaycanda dərman vasitələrinə qiymətqoyma sistemi təkmilləşdirilir Azərbaycanda dərman vasitələrinə qiymətqoyma sistemi təkmilləşdirilir.
Sağlamlıq
15 Mart , 2024 11:24
Baş nazir: Azərbaycanda dərman vasitələrinə qiymətqoyma sistemi təkmilləşdirilir

Azərbaycanda dərman vasitələrinə qiymətqoyma sistemi təkmilləşdirilir.

“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, dərman vasitələrinin tənzimlənməsi sahəsində qanunvericilikdə beynəlxalq təcrübəyə uyğun mühüm dəyişikliklər edilib: “Əczaçılıq sahəsində qabaqcıl ölkələrdə istehsal olunan dərman vasitələrinin dövlət qeydiyyatına alınması prosesi sadələşdirilir, qiymətqoyma sistemi təkmilləşdirilir, elektron resept tətbiqinə başlanılır”.

Ə.Əsədov qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində dərman vasitələri təminatının əhatə dairəsi genişləndirilir, yerli istehsalın təşkili istiqamətində müvafiq tədbirlər görülür: “Bütün bunlar ölkə ərazisində dərman vasitələrinin çeşidinin artmasına, əczaçılıq sektorunun rəqabətli inkişafına və əhalinin daha keyfiyyətli dərman vasitələri ilə optimal qiymətlərlə təchizatına xidmət edəcək”.

Son xəbərlər

Orphus sistemi