Baş mama-ginekoloq hamiləliklə bağlı əks göstəriş sertifikatının necə veriləcəyini açıqlayıb

Baş mama-ginekoloq hamiləliklə bağlı əks göstəriş sertifikatının necə veriləcəyini açıqlayıb Hamilə qadınların qeydiyyatda olduqları qadın məsləhətxanalarından hamiləliklə bağlı sənədləri müəssisə tərəfindən Xüsusi Komissiyaya təqdim edilməlidir.
Sağlamlıq
27 Avqust , 2021 12:20
Baş mama-ginekoloq hamiləliklə bağlı əks göstəriş sertifikatının necə veriləcəyini açıqlayıb

Hamilə qadınların qeydiyyatda olduqları qadın məsləhətxanalarından hamiləliklə bağlı sənədləri müəssisə tərəfindən Xüsusi Komissiyaya təqdim edilməlidir.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

"Hamilə qadınlar doğuşayardım xidmətinə lisenziyası olan özəl tibb müəsissəsində qeydiyyatdadırlarsa, hamilələrə dair sənədlər ərazi üzrə şəhər poliklinikasına təqdim edilməli, həmin şəhər poliklinikasının protokoluna salınmalı və təsdiqləyici əlavə sənədlər Xüsusi Komissiyaya təqdim edilməlidir. Hamilə qadınlar üçün lazım olan sənədlər: hamilənin ambulator kartı, hamiləlik registrindən çıxarış və hamiləliyin təsdiqləyici ultrasəs müayinə nəticəsi(USM)".

O vurğulayıb ki, hamiləliklə bağlı müvəqqəti əks göstəriş sertifikatı hamiləliyin nəzərdə tutulan müddətindən asılı olaraq veriləcək.

Sevinc Məmmədova
Sevinc Məmmədova

Son xəbərlər

Orphus sistemi