Baş infeksionist: "Uşaqların bəzəkli maskalarını bir-birilə dəyişməsi yolverilməzdir"

Baş infeksionist: "Uşaqların bəzəkli maskalarını bir-birilə dəyişməsi yolverilməzdir" Onun sözlərinə görə, uşaqları başa salmaq mümkün olmadığından onlar maskaya əllərini vurub gözlərinə çəkə bilirlər
Sağlamlıq
354
11 Fevral , 2021 16:02
Baş infeksionist: Uşaqların bəzəkli maskalarını bir-birilə dəyişməsi yolverilməzdir

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 5 yaşa qədər uşaqlar tibbi maskadan istifadə etməməlidir. Böyük və ya kiçik yaşlı insanlar maskadan düzgün istifadə etmirsə, bu, onsuz da, yoluxmadan qorumur, əksinə infeksiya mənbəyi rolunu oynamış olur”.

“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, uşaqları başa salmaq mümkün olmadığından onlar maskaya əllərini vurub gözlərinə çəkə bilirlər: “6-11 yaşlı uşaqlara izahlı söhbət apararaq maskadan düzgün istifadəni müəyyən qədər təmin etmək olur. Maska o vaxt effektiv olur ki, ondan düzgün istifadə olunur. Son vaxt bu yaş qruplarında olanlar bəzəkli maskalarını bir-birilə dəyişirlər və təbii ki, bu da yolverilməzdir. 12 yaşdan yuxarı uşaqlarda isə böyüklərdə olduğu kimi maskadan istifadə mümkündür. Kiçik yaş qruplarında, məktəbəqədər təhsil müəssisələrində maskadan istifadə şagirdin və valideynin ixtiyarına buraxılır. Orta və peşə təhsil müəssisələrində isə maskadan istifadə məcburidir”.

Son xəbərlər

Orphus sistemi