Həkim: "Qidaya və müxtəlif kimyəvi maddələrə allergiya peyvəndə əks göstəriş sayılmır"

Sağlamlıq
  • 20 avqust, 2021
  • 06:06
Həkim: Qidaya və müxtəlif kimyəvi maddələrə allergiya peyvəndə əks göstəriş sayılmır
Təyyar Eyvazov

"Qidaya, müxtəlif kimyəvi maddələrə və s. olan yüngül allergiya peyvəndin vurulması üçün əks göstəriş sayılmır".

Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun "Report"a müsahibəsində deyib.

O bildirib ki, belə hallarda allergik proses söndükdən sonra vaksinasiya yerinə yetirilir:

"Əvvəllər hər hansı bir, o cümlədən koronavirusa qarşı vurulmuş 1-ci doza peyvəndə, vurulacaq peyvəndin hər hansı bir komponentinə ağır allergik reaksiya olduqda peyvənd vurulmur".