Baş infeksionist koronaviruslu xəstələrin sayından danışdı

Baş infeksionist koronaviruslu xəstələrin sayından danışdı “Gün ərzində 500-ə yaxın yoluxmanın olması həftəyə 3 000-ə qədər xəstələnmə deməkdir. Bu da səhiyyə sahəsinə ağır yükdür. Xəstəxanada yer baxımından çatışmazlıq ola bilər”.
Sağlamlıq
2085
22 İyun , 2020 15:48
Baş infeksionist koronaviruslu xəstələrin sayından danışdı
Cəlal İsayev / Report

“Gün ərzində 500-ə yaxın yoluxmanın olması həftəyə 3 000-ə qədər xəstələnmə deməkdir. Bu da səhiyyə sahəsinə ağır yükdür. Xəstəxanada yer baxımından çatışmazlıq ola bilər”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev Real TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, qoyulan qaydalara ciddi əməl edilməlidir ki, bu sahə üzrə ixtisaslı həkimlər xəstəyə baxa bilməsi üçün yetərli olsun:

“Hazırda başqa ixtisas sahələrinin mütəxəssislərini bu işə cəlb edirik. Bu gün üçün tətbiq edilən sərt karantin rejimi ilə xəstəliyin qarşısı alınmasa da, heç olmasa yoluxma sayında azalmaya nail ola bilərik”. 

Son xəbərlər

Orphus sistemi