Baş infeksionist: "İndiyədək Azərbaycanda əhalinin 10 faizi peyvəndin hər iki dozasını alıb"

Baş infeksionist: "İndiyədək Azərbaycanda əhalinin 10 faizi peyvəndin hər iki dozasını alıb" Ölkəmizdə əhali arasında kütləvi immunitetin yaranmasından danışmaq hələ tezdir
Sağlamlıq
268
12 İyun , 2021 17:00
Baş infeksionist: İndiyədək Azərbaycanda əhalinin 10 faizi peyvəndin hər iki dozasını alıb

"Ölkəmizdə əhali arasında kütləvi immunitetin yaranmasından danışmaq hələ tezdir. Vaksinasiya Strategiyasında da qeyd olunur ki, kütləvi immunitetin formalaşması üçün əhalinin təxminən üçdə ikisi peyvənd olunmalıdır. Daha doğrusu, kütləvi immunitet qazananların ümumi sayına təkcə peyvənd olunanların deyil, xəstəliyi keçirib təbii immunitet əldə edənlərin də sayı əlavə olunmalıdır".

"Report"un xəbərinə görə, bu fikirləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, indiyədək Azərbaycanda əhalinin 10 faizi peyvəndin hər iki dozasını alıb: "1,7 milyon vətəndaş isə yalnız birinci dozanı vurdurub. Ümumilikdə 100 min əhaliyə düşən peyvənd sayı 26 təşkil edir. Bu göstəriciyə görə MDB ölkələri arasında liderlər sırasında olsaq da, Avropa ölkələri və ABŞ-la müqayisədə aşağı yerləri tuturuq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda peyvənd istehsal olunmur. Lakin elə ölkələr var ki, orada peyvənd istehsal olunsa da, onu tətbiq edənlərin sayı o qədər də yüksək deyil. Məsələn, COVID-19-a qarşı peyvənd istehsal olunan Rusiya ilə müqayisədə ölkəmizdə peyvənd olunanların nisbi sayı çoxdur və bu sahədə olan göstərici də prosesin uğurla aparıldığını sübut edir".

Son xəbərlər

Orphus sistemi