Baş həkim peyvənd olundu: "Özümü yaxşı hiss edirəm"

Baş həkim peyvənd olundu: "Özümü yaxşı hiss edirəm" "Allergiyam və xroniki xəstəliyim yoxdur".
Sağlamlıq
510
18 Yanvar , 2021 11:19
Baş həkim peyvənd olundu: Özümü yaxşı hiss edirəm
Kübra Cabbarova

A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova koronavirus infeksiyasına qarşı peyvənd olunub.

“Report” xəbər verir ki, baş həkim peyvənddən sonra özünü yaxşı hiss etdiyini deyib.

“Vaksindən sonra hələlik özümü yaxşı hiss edirəm. Çünki allergiyam və xroniki xəstəliyim yoxdur”, - K.Cabbarova qeyd edib.

O həmçinin əlavə edib ki, poliklinikada peyvənd olunmamışdan qabaq şəxslərin ilk növbədə təzyiqi, bədən hərarəti və hər hansı xroniki xəstəliyinin olub-olması yoxlanıldıqdan sonra vaksin otağına göndəriləcək.

Son xəbərlər

Orphus sistemi