Baş həkim: “Mamalıq və Ginekologiya İnstitutunda 4 ay ərzində 53 vaxtından əvvəl doğuş olub”

Baş həkim: “Mamalıq və Ginekologiya İnstitutunda 4 ay ərzində 53 vaxtından əvvəl doğuş olub” “Bu müddət ərzində ana ölümü faktı olmayıb”
Sağlamlıq
2640
24 İyul , 2017 12:12
Baş həkim: “Mamalıq və Ginekologiya İnstitutunda 4 ay ərzində 53 vaxtından əvvəl doğuş olub”

Bakı. 24 iyul. REPORT.AZ/ "Bu günə qədər, yəni martın 27-dən Səhiyyə Nazirliyinin Mamalıq və Ginekologiya İnstitutunda 393 normal, 53 vaxtından əvvəl doğuş olub".

"Report" xəbər verir ki, bunu institutun baş həkim əvəzi Hicran Kazımova deyib.

Onun sözlərinə görə, həmin müddətdən başlayaraq, Bakı şəhəri və regionlardan müxtəlif risk qruplarına daxil olan hamilələr qəbul edilib: "Bu müddət ərzində ana ölümü faktı olmayıb. Vaxtından əvvəl doğuşlar, əsasən, yaşı 35-dən çox olan qadınlar arasında olur. Belə doğuşlarla müraciət edənlər daha çox həkim müayinəsinə vaxtında müraciət etməyənlər, preeklampsiya diaqnozu qoyulanlardır".

Mama-ginekologiya şöbəsinin müdiri Kəmalə Heydərova bildirib ki, bu müddət ərzində 850 qram çəki ilə vaxtından əvvəl doğulan uşaq 1800 qrama çatdırılaraq, evə buraxılıb: "Hazırda həm ananın, həm də uşağın vəziyyəti normaldır. Bu xəstəxanaya daha ağır xəstələr müraciət etdiyindən və institut daha yüksək səviyyəli doğuşayardım müəssisəsi olduğundan burada qeysəriyyə kəsiyi əməliyyatı göstəricisi çox olur. Qeysəriyyə kəsiyi əməliyyat edilənlərin yarıdan çoxu təkrar bu əməliyyatı etdirənlərdir. Ancaq institut olaraq fizioloji doğuşa üstünlük veririk. Tibbi göstərişlər olduqda hamiləni əməliyyata götürməyə məcbur oluruq. Xəstədə yüksək təzyiq, preeklampsiya olduqda qadının istəyi isə əməliyyata göstəriş deyil".

Son xəbərlər

Orphus sistemi