Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici tədbir keçirilib

Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici tədbir keçirilib Bakıda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə həkimlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Sağlamlıq
1 İyun , 2024 14:37
Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici tədbir keçirilib

Bakıda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə həkimlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir zamanı uşaqların sağlamlığı ilə bağlı məsələlər müzakirə olunub.

Tədbirin qonaqları həkimlərə sual vermək imkanı əldə ediblər.

Tədbirdə infeksionist Polina Əliyeva, hepatoloq Zaur Orucov, pediatr Regina Nemətova və dietoloq Nərminə İbrahimova iştirak ediblər.

“Bu, qrupumuzun sosial şəbəkədəki pilot layihəsidir, biz pasiyentə dəstək, məsləhətlər verir və uyğun mütəxəssis tapırıq”, - P.Əliyeva bildirib.

O qeyd edib ki, Azərbaycanda yoluxucu xəstəliklərin profilaktikası və uşaqların vitamin balansı ilə bağlı problemlər haqqında daha tez-tez danışmalıdır.

Son xəbərlər

Orphus sistemi