Bakıda "Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi" mövzusunda tədbir keçirilib

Bakıda "Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi" mövzusunda tədbir keçirilib “Liv Bona Dea Hospital” Bakıda “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi” mövzusunda tədbir keçirib.
Sağlamlıq
10 Sentyabr , 2022 13:13
Bakıda Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi mövzusunda tədbir keçirilib

“Liv Bona Dea Hospital” Bakıda “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi” mövzusunda tədbir keçirib.

“Report” xəbər verir ki, görüşdə Türkiyə və Azərbaycandan iş adamları, eyni zamanda türk könüllülər, Milli Məclisin deputatları Könül Nurullayeva, Nigar Arpadarai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, türkiyəli iş adamları Ədalət İnanç, Neslihan Tonbul, Seval Bahçivan, Jalə Balcı, Ebru Ural, Elif Hobikoğlu, Gözde Çelik, eyni zamanda Azərbaycanın bir çox ictimai-siyasi xadimləri iştirak ediblər.

Məqsəd iki ölkə arasında tarixi köklərə dayanan qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə, digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də iki ölkə arasında əməkdaşlığın artırılmasına nail olmaqdır.

Tədbiri Türkiyə-Azərbaycan könüllüsü Monik İpekel açaraq Azərbaycanda iki qardaş ölkənin bayraqlarını yan-yana asılmış şəkildə görməsinin onu çox duyğulandırdığını bildirib: “Bakıdakı dostlarım məni şəhərdə gəzdirərkən bu gözəl mənzərəni gördüm və sevinc göz yaşlarında boğuldum. Nə yaxşı ki, belə qardaş ölkəmiz var”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhramanova deyib ki, bu gün Türkiyə və Azərbaycan qardaşlığının davamı olaraq ictimai-siyasi fəallar çox vacib və həyatı məsələyə imza atır: “Bu qardaşlıq ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” şüarı altında davam etdirilir. 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyi iki ölkə arasında qardaşlığı daha da möhkəmləndirdi. Biz eyni millətik və bizim dərdimiz, sevincimiz də birdir. Bu gün "Liv Bona Dea Hospital" qadın problemlərini yenidən gündəmə gətirir. Çünki qadının sağlamlığı, inkişafı dövlətimiz və cəmiyyətimiz üçün çox önəmlidir. Bu gün döş xərçənginin artması bizi çox narahat edir. Qadınların bura gəlməsi və "chek-up" olunması bizim üçün çox önəmlidir. Bundan sonra ağciyər xəstəlikləri və bir sıra xəstəliklərlə bağlı da aksiyalar keçiriləcək”.

Milli Məclisin deputatı Nigar Arpadarai qeyd edib ki, mövzu çox həssasdır: “Bizim xanımlarımız çox zəhmətkeşdir və buna görə bəzən onların sağlamlığı ikinci plana keçir. Xanımlarımız vaxtında müayinədən keçməklə çox ciddi problemlərin qarşısını ala bilərlər. Qadın sağlam cəmiyyətin əsas sütunlarını təşkil edir, ona görə də onların problemləri bizim üçün çox önəmlidir”.

Milli Məclisin deputatı Könül Nurullayeva vurğulayıb ki, Türkiyənin müharibə dövründə Azərbaycanın yanında olması cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb: “Bir çox sahələrdə olduğu kimi, iki qardaş ölkə səhiyyə sektorunda da əməkdaşlıq edirlər. Arzu edirəm ki, "Liv Bona Dea Hospital" kimi xəstəxanaların sayı çox olsun. Son illər ölkədə dövlətin səhiyyə sahəsinə göstərdiyi qayğı diqqətəlayiqdir. Bunun nəticəsidir ki, Azərbaycan səhiyyəsi günü-gündən inkişaf etməkdədir”.

Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Zeynalov söyləyib ki, Türkiyə-Azərbaycan qardaşlığı haqqında bundan sonra da çox danışılacaq: “İki qardaş ölkənin birlikdə bir sıra sahələrdə əməkdaşlıq etməsi çox vacibdir. Bu sahibkarlıq sahəsindəki inkişafımız üçün çox vacibdir. Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq daim sizin yanınızdayıq”.

Konfransda ictimai-siyasi xadimlərə verdikləri dəstəyə görə təşəkkürnamə təqdim edilib.

Xatırladaq ki, xəstəxanada il sonunadək ehtiyac sahibi olan 300 qadına mamoqrafiya və süd vəzlərinin müayinəsi hədiyyə ediləcək.

Son xəbərlər

Orphus sistemi