“Nine Senses” incəsənət mərkəzi sağlam həyat tərzinin təbliğinə və bu sahədə maarifləndirməyə həsr olunmuş festival keçirəcək.
“Report” xəbər verir ki, bu barədə “Nine Senses Fest”ə həsr olunmuş mətbuat konfransında “Nine Senses”in direktoru Natalya Jukova bildirib.
"Ötən il festival uğurla keçirilib. Bizi mindən çox insan ziyarət edib, festivalı üç məkanda keçirdik. Bu il isə məkanların sayı artır", - o qeyd edib.
Direktor vurğulayıb ki, festivala təxminən 50 fiziki və mənəvi təcrübələr üzrə ekspert dəvət olunub.
N.Jukova qeyd edib ki, ikinci beynəlxalq festival Heydər Əliyev Fondunun vitse-prezidenti və “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın himayəsi altında keçirilir.
"Biz yalnız yoqa istiqaməti üzrə mütəxəssislər dəvət etmirik, inkişaf üçün üç geniş istiqamət götürmüşük. Müəlliflərlə ünsiyyət imkanı çox müxtəlif olacaq, bu fiziki təcrübələr, həm də sufizm günüdür", - o bildirib.
Qeyd edək ki, mayın 2-4-də Bakıda keçiriləcək “Nine Senses Fest” "Ruh, bədən və ağıl" konsepsiyası çərçivəsində meditasiya, sufizm, yoqa, art-terapiya, elmi mühazirələr, tanınmış sənətçilərin iştirakı ilə konsertlər, sufi təcrübələri günü və digər tədbirlər kimi müxtəlif mədəniyyətlərdən olan təcrübələri birləşdirəcək. Festivalın şüarı "Ənənələrdən reallığa" olacaq.
Foto: Mircavid Eminoğlu












