Bakıda poliklinikanın həyəti zibilliyə çevrilib - VİDEO

Bakıda poliklinikanın həyəti zibilliyə çevrilib - VİDEO Bakıda tibb müəssisəsinin ərazisi zibilliyə çevrilib.
Sağlamlıq
23 İyul , 2021 15:16
Bakıda poliklinikanın həyəti zibilliyə çevrilib - VİDEO

Bakıda tibb müəssisəsinin ərazisi zibilliyə çevrilib.

Bu barədə "Report"a tibb müəssisəsinin yerləşdiyi Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan sakinlərdən biri məlumat verib.

Şikayətçi 23 saylı Birləşmiş Şəhər Poliklinikasının ərazisində tullantıların daşınmadığını bildirir. Şikayətçinin sözlərinə görə, poliklinikanın ərazisində uzun müddətdir zibillərin daşınmaması antisanitar vəziyyətin yaranmasına gətirib çıxarıb. O, poliklinikanın həyətində çəkdiyi iddia olunan video və fotoları da "Report"a təqdim edib.

23 saylı Birləşmiş Şəhər Poliklinikasının baş həkimi Hüseyn İsrafilzadə "Report"a açıqlamasında tullantıların vaxtında daşındığını və hazırda səhiyyə müəssisəsinin ərazisində belə bir halın olmadığını bildirib.

“23 saylı Birləşmiş Şəhər Poliklinikasında zibillər vaxtlı-vaxtında daşınır. Həmin şikayətçi yanlış məlumat verib, axı onun bizim xəstəxanaya nə aidiyyatı var? Həmin adamla söhbət eləmişik. İndi hansısa ədəbsiz gəlib energetik içki içdikdən qabını əraziyə atırsa, biz onun dalınca düşəsi deyilik. Düzdür, zibil maşınlarının işləmədiyi vaxtlar olur, amma biz daim nəzarət edir, pandemiya dövründə poliklinikanın təmizliyinə ciddi əməl edirik. Hər həftə buranı dərmanlayırıq, xadimələr yuyub təmizləyir. Hətta mən deyərdim ki, ölkədə pandemiya ilə mübarizə aparan bir tək İsrafilzadə Hüseyn Oruc oğludur”, - deyə baş həkim qeyd edib.

Son xəbərlər

Orphus sistemi