Bakıda özünü binadan atan ana və övladının son durumu açıqlanıb

Bakıda özünü binadan atan ana və övladının son durumu açıqlanıb Bakıda intihara cəhd edən ana və övladının son durumu açıqlanıb.
Sağlamlıq
19 İyul , 2022 12:20
Bakıda özünü binadan atan ana və övladının son durumu açıqlanıb
Courtesy İmage

Bakıda intihara cəhd edən ana və övladının son durumu açıqlanıb.

TƏBİB-dən "Report"a bildirilib ki, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd olunub ki, hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə özünü binanın beşinci mərtəbəsindən atıb. Nəticədə uşaqlardan biri hadisə yerində keçinib, ana və digər övladı isə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi