Bakıda fəaliyyət göstərən mağazada nöqsanlar aşkarlanıb

Bakıda fəaliyyət göstərən mağazada nöqsanlar aşkarlanıb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Sağlamlıq
9 Avqust , 2022 12:49
Bakıda fəaliyyət göstərən mağazada nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 16, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs İsrafilov Heydər Bayram oğluna məxsus “İran nemətləri” mağazasında keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkalanıb.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, mağazada yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi, mal qonşuluğu prinsipinə, həmçinin temperatur rejiminə əməl edilmədiyi müəyyən olunub.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar satışdan çıxarılıb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi