Bakı Ürək Mərkəzində 4 ayda 160-dan çox xəstənin üzərində açıq ürək əməliyyatının mürəkkəb formaları icra olunub

Bakı Ürək Mərkəzində 4 ayda 160-dan çox xəstənin üzərində açıq ürək əməliyyatının mürəkkəb formaları icra olunub "Gələcəkdə Azərbaycanda robotlar vasitəsi ilə ürək əməliyyatların aparılması mümkün ola bilər"
Sağlamlıq
111
18 İyul , 2017 12:44
Bakı Ürək Mərkəzində 4 ayda 160-dan çox xəstənin üzərində açıq ürək əməliyyatının mürəkkəb formaları icra olunub

Bakı. 18 iyul. REPORT.AZ/ "Gələcəkdə icbari tibbi sığortanın tətbiqindən sonra Azərbaycanda robotlar vasitəsi ilə ürək əməliyyatların aparılması mümkün ola bilər".

"Report" xəbər verir ki, bunu Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov deyib.

O bildirib ki, bu gün Azərbaycanda olmasa da, dünyada robotlar vasitəsi ilə ürək cərrahi əməliyyatları keçirilir: "Gələcəkdə robotlar vasitəsi ilə ürək əməliyyatlarının sayının artması gözlənilir. Azərbaycanda hazırda belə əməliyyatın olmamasının səbəbinə gəlincə, düşünürəm ki, bu gün bunun yeganə səbəbi maliyyədir. Xəstə üçün bu, astronomik qiymətdir. İcbari tibbi sığortanın tətbiqindən sonra bu, mümkün olar. Bu gün sadəcə, belə aparatlara illik xidmətin dəyəri 2 milyon dollardır".

"Ancaq inanın ki, heç bir robot insan qədər bacarıqlı ola bilməz. Sadəcə, həkim başqa bir otaqda oturub, digər otaqda robot vasitəsi ilə xəstə üzərində belə əməliyyat aparıla bilər", - deyə, o əlavə edib.

R.Mahmudov bildirib ki, 4 ay müddətində 160-dan çox xəstənin üzərində açıq ürək əməliyyatının mürəkkəb formaları icra olunub: "300-ə yaxın xəstəyə isə innovaziv, yəni qansız şəkildə damarların açılması həyata keçirilib. Əməliyyatların 20 faizini isə anadangəlmə ürək qüsurlu uşaqların əməliyyatı olub". 

Son xəbərlər

Orphus sistemi