Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək Bakıda I Beynəlxalq Konqres keçiriləcək.
Sağlamlıq
14 Mart , 2019 09:26
Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Ölkədə səhiyyə sahəsində aparılan islahatlar Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin də tibbdə davamlı təhsil ilə bağlı üzərinə şərəfli məsuliyyət qoyur.

"Report" xəbər verir ki, cəmiyyətin təşkilatçılığı ilə görülən işlərin tərkib hissəsi olaraq ən yeni texnologiyaların tətbiqinin müzakirəsi və təcrübə mübadiləsi aparılması məqsədi ilə Bakıda I Beynəlxalq Konqres keçiriləcək.

Bu ilin martın 14-16-da Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirdə mövzu “Daha yaxşı gələcək quraq” şüarından ibarət olacaq.

Konqresin əsas hədəfi əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərmək üçün ağız və üz-çənə cərrahiyyəsi ixtisasına dair cəmiyyətin bilik və təcrübəsini yerli və xarici tibb işçiləri ilə bölüşmək, beynəlxalq əməkdaşlıq qurmaq, bu sahədə gələcək nəsli ruhlandırmaq və mütəxəssisləri yeni nailiyyətlərə təşviq etməkdir.

Beynəlxalq tədbirə ABŞ, Türkiyə, İtaliya, Rusiya, Hindistan, Almaniya, İngiltərə, Şotlandiya, Niderland, İran, Tailand, İordaniya, Gürcüstan və eləcə də Azərbaycan tibb elmi məktəblərinin tanınmış mütəxəssisləri, o cümlədən Azərbaycanda bu sahədə fəaliyyət göstərən müxtəlif dövlət və özəl tibb müəssisələrinin 400-ə yaxın həkim və alimləri qatılacaqlar. 

Son xəbərlər

Orphus sistemi