Azərbaycanla İsrail arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla İsrail arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev İsrailin Azərbaycandakı səfiri Corc Diki qəbul edib.
Sağlamlıq
485
8 İyun , 2021 11:57
Azərbaycanla İsrail arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev İsrailin Azərbaycandakı səfiri Corc Diki qəbul edib.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.

T.Musayev deyib ki, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlıq nümunəvidir: “İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Bunu əsas tutaraq, səhiyyə sahəsində əməkdaşlıqdan məmnunuq. Eyni zamanda, səhiyyənin daxilində olan digər yüksək texnologiya sahələrində - virusologiya, mikrobiologiya və COVID-19 pandemiyası ilə gündəmə gəlmiş digər istiqamətlərdə əməkdaşlığımız konsturiktivdir”.

Görüş zamanı həmçinin İsrailin əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunması məsələsi, eləcə də yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayəsinin Azərbaycanda istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə, nazirliklər arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.

Görüşdə İsrailin Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixael Lotem və İsrail səfirliyinin digər rəsmiləri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi