Azərbaycanın universitet rektoru xaricdə əməliyyat olunub

Azərbaycanın universitet rektoru xaricdə əməliyyat olunub Hazırda rektorun özünü yaxşı hiss etdiyi bildirilib
Sağlamlıq
9 Sentyabr , 2015 11:43
Azərbaycanın universitet rektoru xaricdə əməliyyat olunub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Fəaliyyəti dayandırılan Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev əməliyyat olunub. 

Bu barədə "Report"a C.Nağıyevin yaxınları məlumat verib. Onların sözlərinə görə, rektor ağır mədə xəstəliyindən əziyyət çəkir və sentyabrın 8-də Türkiyə paytaxtı Ankaradakı xəstəxanaların birində əməliyyat olunub: "On gün əvvəl Cəlil müəllimin mədəsində qəfil qanaxma olub. Bir həftə Bakıda Mərkəzi Klinik Xəstəxanada müalicə aldı. Həkimlər qanaxmanı çətinliklə kəsə bildilər. Müalicə həkimləri dedilər ki, mütləq əməliyyat olunmalıdır. Əməliyyatın Ankaradakı xəstəxanalardan birində edilməsinə qərar verdik". 

Hazırda rektorun özünü yaxşı hiss etdiyi bildirilib.   

Qeyd edək ki, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Təhsil Nazirliyi Bakı Asiya Universitetinin xahişini təmin edib və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib. Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq. 

Son xəbərlər

Orphus sistemi