Azərbaycandan İrana gedən iki çinli qadında koronavirus aşkarlanmayıb - YENİLƏNİB

Azərbaycandan İrana gedən iki çinli qadında koronavirus aşkarlanmayıb - YENİLƏNİB Azərbaycandan İrana gedən və koronavirus şübhəsinə görə nəzarətə götürülən iki çinli qadında virus aşkarlanmayıb.
Sağlamlıq
31 Yanvar , 2020 14:55
Azərbaycandan İrana gedən iki çinli qadında koronavirus aşkarlanmayıb - YENİLƏNİB

Azərbaycandan İrana gedən və koronavirus şübhəsinə görə nəzarətə götürülən iki çinli qadında virus aşkarlanmayıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.  

Onun sözlərinə görə, həmin qadınlarda virus aşkar edilməyib və onlar sərbəst buraxılıblar. 


*** 11:17

İran koronavirusa yoluxmada şübhəli bilinən 2 Çin vətəndaşını karantinə götürüb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, 36 və 37 yaşlarında olan qadınlar Azərbaycandan İrana daxil olublar və Təbrizdə karantinə alınıblar.

Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 9390 nəfərə çatıb, onlardan 213-ü ölüb.

Son xəbərlər

Orphus sistemi