Azərbaycanda xırdabuynuzlu heyvanların dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycanda xırdabuynuzlu heyvanların dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbir keçiriləcək Azərbaycanda xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı iyulun 2-4-də beynəlxalq tədbir keçiriləcək.
Sağlamlıq
28 İyun , 2024 11:08
Azərbaycanda xırdabuynuzlu heyvanların dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycanda xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı iyulun 2-4-də beynəlxalq tədbir keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, beynəlxalq tədbirin məqsədi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHS) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə tərtib etdiyi strategiya əsasında Regional Məsləhət Qrupunun texniki tapşırığına uyğun olaraq üzv ölkələrdə dabaq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri ilə bağlı epizootik statusun stabilləşməsi üçün mərhələli tədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, strateji planların hazırlanması, ölkələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlərin müzakirəsindən ibarətdir.

Azərbaycanın xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib və cari ilin 30 may tarixində təşkilatın müvafiq sertifikatı təqdim olunub. Qeyd olunan xəstəlik üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda bu statusu qazanmış ilk ölkə olmaqla respublikada aparılan işlər rəğbətlə qarşılanıb və ölkə təcrübəsinin təbliğ olunması tövsiyə olunub.

Tədbir çərçivəsində beynəlxalq mütəxəssislərin iştirakı ilə Quba rayonunda hər iki xəstəlik üzrə assosiativ simulyasiya məşqlərinin keçirilməsi nəzərdə tutulur. Assosiativ simulyasiya təlimlərinin keçirilməsi epizootik böhran vəziyyətlərinə Azərbaycanın hazırlığının artırılması ilə yanaşı, əldə edilmiş təcrübənin region ölkələrinə çatdırılması məqsədini daşıyır. Simulyasiyanın konsepsiyasına uyğun olaraq tədbirin keçirilməsi üçün ilkin nəzəri müzakirələrin və planlaşdırmanın aparılması, şərti xəstə heyvandarlıq təsərrüfatında epizootoloji monitorinqin keçirilməsi və götürülmüş diaqnostik nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalarda analiz olunması daxildir. Səyyar laboratoriyalar İnstitut tərəfindən simulyasiya keçiriləcək ərazidə quraşdırılacaq. Ətraf təbiət sahələrində müşahidələrin aparılması üçün dron tipli videokameralardan istifadə ediləcək. Simulyasiya təlimlərində Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumlarının nümayəndələri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi