Azərbaycanda "TURKOVAC"ın 3-cü klinik sınaq mərhələsi ilə bağlı görüş keçirilib

Azərbaycanda "TURKOVAC"ın 3-cü klinik sınaq mərhələsi ilə bağlı görüş keçirilib Türkiyənin diplomatik müraciəti əsasında Azərbaycanın səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev qardaş ölkənin Səhiyyə İnstitutunun və Vaksin İnstitutunun direktorlarını qəbul edib.
Sağlamlıq
16 Noyabr , 2021 14:18
Azərbaycanda TURKOVACın 3-cü klinik sınaq mərhələsi ilə bağlı görüş keçirilib

Türkiyənin diplomatik müraciəti əsasında Azərbaycanın səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev qardaş ölkənin Səhiyyə İnstitutunun və Vaksin İnstitutunun direktorlarını qəbul edib.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə qardaş ölkənin nümayəndələri Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv "TURKOVAC" peyvəndinin 3-cü faza kilinik sınaqlarının aparılmasına respublikamızın da qoşulmasını təklif ediblər.

Öz növbəsində səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycanda "TURKOVAC"ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsi ilə bağlı təqdim edilən sənədlərə tez bir zamanda baxılacağını bildirib.

Görüşdə sözügedən məsələlər ilə əlaqədar fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi