Ölkədə reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlanıb

Ölkədə reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlanıb Bu gün Azərbaycanda reanimasiya şöbəsində olan koronaviruslu xəstələrin sayı açıqlanıb.
Sağlamlıq
3483
6 Avqust , 2020 18:17
Ölkədə reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlanıb

Bu gün Azərbaycanda reanimasiya şöbəsində olan koronaviruslu xəstələrin sayı açıqlanıb.

“Report” xəbər verir ki, aktiv 3 493 xəstədən 263-ü hazırda müalicələrini xəstəxanaların reanimasiya şöbəsində davam etdirirlər.

Onlardan 58 nəfəri isə süni tənəffüs cihazında olanlardır.

Qeyd edək ki, bu gün ölkədə 144 yeni yoluxma faktı olub, 435 nəfər isə sağalaraq evə buraxılıb, 3 nəfər isə dünyasını dəyişib.

Orphus sistemi