Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb Azərbaycanda koronavirusa 563 yeni yoluxma qeydə alınıb, 520 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
9 Avqust , 2022 20:58
Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirusa 563 yeni yoluxma qeydə alınıb, 520 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 802 623 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 667 nəfər müalicə olunaraq sağalıb, 9 762 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir.

Ölkədə son sutka ərzində 4 000, hazırkı dövrədək isə 7 076 185 test aparılıb.

Son xəbərlər

Orphus sistemi