Azərbaycanda son sutkada 49 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycanda son sutkada 49 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Sağlamlıq
28 Aprel , 2023 20:43
Azərbaycanda son sutkada 49 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 49 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 23 nəfər isə sağalıb, 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 316 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 834 nəfər müalicə olunaraq sağalıb, hazırda 244 aktiv xəstə var. Bu günə qədər 10 238 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 081, bu günə qədər isə ümumilikdə 7 588 338 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 248 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 960 299 olub.

Son xəbərlər

Orphus sistemi