Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
24 İyul , 2021 20:50
Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report" a verilən məlumata görə, son sutkada koronavirusdan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 340 057 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 907 nəfər müalicə olunaraq sağalıb, 5 002 nəfər vəfat edib, aktiv xəstə sayı 3 148 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 381, ötən müddət ərzində isə ümumilikdə 3 965 397 test aparılıb.

Son xəbərlər

Orphus sistemi