Azərbaycanda son gündə 3 508 nəfərdə koronavirus aşkarlanıb, 13 nəfər vəfat edib

Azərbaycanda son gündə 3 508 nəfərdə koronavirus aşkarlanıb, 13 nəfər vəfat edib Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 508 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
2031
14 Avqust , 2021 18:38
Azərbaycanda son gündə 3 508 nəfərdə koronavirus aşkarlanıb, 13 nəfər vəfat edib

Son gün ərzində Azərbaycanda koronavirusa 3 508 yeni yoluxma qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edilir ki, daha 13 nəfər COVID-19-dan vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 365 009 nəfərin COVID-19-a yoluxması müəyyən olunub, onlardan 338 279-ü müalicə olunaraq sağalıb, 5 138 nəfər vəfat edib, aktiv xəstə sayı 21 592 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 956, ötən müddət ərzində isə ümumilikdə 4 195 064 test aparılıb.

Son xəbərlər

Orphus sistemi