Azərbaycanda son sutkada 19 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 19 nəfər koronavirusa yoluxub Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
414
26 Aprel , 2022 19:01
Azərbaycanda son sutkada 19 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 675 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 139 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 132, bu günə qədər isə ümumilikdə 6 801 484 test icra olunub.

Son xəbərlər

Orphus sistemi