Azərbaycanda son 36 ildə İİV-ə yoluxmuş şəxslərin sayı açıqlanıb

Azərbaycanda son 36 ildə İİV-ə yoluxmuş şəxslərin sayı açıqlanıb Azərbaycanda son 36 ildə İİV-ə yoluxmuş insanların sayı açıqlanıb.
Sağlamlıq
23 İyun , 2023 11:37
Azərbaycanda son 36 ildə İİV-ə yoluxmuş şəxslərin sayı açıqlanıb

Azərbaycanda son 36 ildə İİV-ə yoluxmuş şəxslərin sayı açıqlanıb.

"Report"un xəbərinə görə, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova məlumat verib.

Onun sözlərinə görə, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir: "Region ölkələri ilə müqayisədə Azərbaycan İİV infeksiyasının yayılma göstəricisi ən aşağı olan ölkədir. Səhiyyə Nazirliyi tərəfindən aparılan işlər sayəsində risk qrupları arasında aparılan məqsədli fəaliyyət İİV-infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib".

G. Cəfərova vurğulayıb ki, Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb: "Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2022-ci ilin sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8563 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 69,5%-i kişi, 30,5%-i qadındır".

Son xəbərlər

Orphus sistemi