Azərbaycanda səhiyyə işçilərinin maaşı artırılıb

Azərbaycanda səhiyyə işçilərinin maaşı artırılıb Prezident İlham Əliyev sərəncam imzalayıb
Sağlamlıq
18 Yanvar , 2016 17:45
Azərbaycanda səhiyyə işçilərinin maaşı artırılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi