Azərbaycanda qeydiyyatda olan diabet xəstələrinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan diabet xəstələrinin sayı açıqlanıb "Bu günə qədər Azərbaycanda 270 minə yaxın diabet xəstəsi qeydiyyatdan keçib"
Sağlamlıq
162
8 Dekabr , 2021 16:25
Azərbaycanda qeydiyyatda olan diabet xəstələrinin sayı açıqlanıb

"Bu günə qədər Azərbaycanda 270 minə yaxın diabet xəstəsi qeydiyyatdan keçib".

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, son illərdə diabet xəstələrinin sayı 5-6 faiz artıb: "Lakin bir çox insanlar şəkərli diabet xəstəsi olduğunu bilmir və ağırlaşdıqdan sonra məlumatlı olurlar. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində şəkərli diabetlə bağlı müvafiq tibbi xidmətlər qarşılanır. Yenidoğulmuşların şəkərli diabeti, insulindən asılı şəkərli diabet, şəkərli diabetlə bağlı ağırlaşmaların dəqiqləşdirilmiş və dəqiqləşdirilməmiş bir çox halları və digər tibbi xidmətlər stasionar şəraitdə təminata alınır”.

Son xəbərlər

Orphus sistemi