Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 204 vaksin vurulub.
Sağlamlıq
14 Avqust , 2021 18:40
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə COVID-19 əleyhinə 68 204 vaksin vurulub.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 48 370, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 19 834 nəfərdir.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 5 739 342, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 380 387, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 358 955 təşkil edir.

Son xəbərlər

Orphus sistemi