Bakıda müasir pato­morfoloji müayinələr ​müzakirə olunub

Bakıda müasir pato­morfoloji müayinələr ​müzakirə olunub “Per­ku­tan orqan biopsiyaları” və s. mövzuda mühazirələr dinlənilib, təqdimatlar keçirilib
Sağlamlıq
20 Dekabr , 2014 17:33
Bakıda müasir pato­morfoloji müayinələr ​müzakirə olunub

Bakı. 20 dekabr. REPORT.AZ/ Dekabrın 19-da Mərkəzi Gömrük Hospitalının təşkilatçı­lığı ilə I patomorfoloji elmi-praktik konfrans keçirilib. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“URO - nefroloji xəstələrdə müasir patomorfoloji müayinələr: imkanlar və perspektivlər” mövzusuna həsr olunan konfransda Azərbaycan tibb elminin tanınmış nümayəndələri, həkim və mütəxəssislər iştirak ediblər.

Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Səttar Yaqubov bildirib ki, ilk dəfə təşkil olunan konfransda məqsəd pato­morfoloji müayinələr barədə fikir mübadiləsi aparmaqdır. Bu konfransın sözügedən sahədə ölkə səhiyyəsi üçün əhəmiyyətinə toxunan rəis müavini qeyd edib ki, konfransda nefroloji xəstələrdə müasir patomorfoloji müayinələr və xəstəliyin müalicəsi ilə bağlı maraqlı açıqlamalar veriləcək.

Sonra konfrans işə başlayıb və tədbirdə “Böyrək biopsinin klinik əhəmiyyəti”, “Müasir patomorfoloji müayinələr”, “Per­ku­tan orqan biopsiyaları” və s. mövzuda mühazirələr dinlənilib, təqdimatlar keçirilib.

Son xəbərlər

Orphus sistemi