Azərbaycanda ötən il 37 min litrə yaxın qan tədarük olunub

Azərbaycanda ötən il 37 min litrə yaxın qan tədarük olunub "Müsbət I və II qrup qanlara daha çox ehtiyac var"
Sağlamlıq
4 Mart , 2016 12:53
Azərbaycanda ötən il 37 min litrə yaxın qan tədarük olunub

Bakı. 4 marrt. REPORT.AZ/ Azərbaycanda ötən il 36 598 litr qan tədarük olunub. "Report" xəbər verir ki,  bunu Mərkəzi Qan Bankının (MQB) baş həkimi Pərvanə Hacıyeva bildirib. Baş həkim vurğulayıb ki, 2015-ci ildə 75 min 184 nəfər donorluq edib: "Bu da 2010-cu illə müqayisədə 61% artım deməkdir. III və IV qrup donorlar az olduğu üçün bu qan qrupundan olan xəstələr də azdır. Müsbət I və II qrup qanlara daha çox ehtiyacımız var. Bu qrupdan olan xəstələrimiz də daha çoxdur"

P.Hacıyeva bildirib ki, donurdan alınan qan 42 gün saxlanıla bilər: "Mərkəzi Qan Bankında müvafiq şərait yaradılıb. Donurlardfan götürülən qanları 42 gün saxlaya biliriik. Amma qanın ağ, plazma hissəsi var ki, 24 aya qədər xüsusi dondurucularda saxlayırıq”.

P.Hacıyeva donorlardan götürülən qanlarda bəzi xəstəliklərin aşkar olunduğunu da bildirib. O, qeyd edib ki, donorlardan qan götürüləndə 4 infeksiyaya qarşı analiz götürülür. Bunlar SPİD, sifilis, Hepatit B və Hepatit C infeksiyalarıdır. Hər il olduğu kimi bu il də 7-8% insanlarda infeksiya aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi