Azərbaycanda malyariyaya yoluxmanın kəsilməsi sertifikatlaşdırılacaq

Azərbaycanda malyariyaya yoluxmanın kəsilməsi sertifikatlaşdırılacaq Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə ÜST-nin missiyası öz işinə başlayıb.
Sağlamlıq
17 May , 2022 12:55
Azərbaycanda malyariyaya yoluxmanın kəsilməsi sertifikatlaşdırılacaq

Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə ÜST-nin missiyası öz işinə başlayıb.

Bu barədə "Report"a ÜST-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Beş gün davam edəcək missiyanın məqsədi Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üçün hazırlanmış sənədləri nəzərdən keçirmək və ehtiyac olarsa, təkmilləşdirilməsi üzrə texniki məsləhətlər vermək, malyariyanın ölkədə yenidən yayılmasının qarşısının alınması üçün mövcud proqramı qiymətləndirmək, o cümlədən əvvəllər malyariyanın endemik olduğu ərazilərə səfərlər etmək, habelə Azərbaycanda sertifikatlaşdırma prosesinin vaxt qrafiki ilə bağlı Səhiyyə Nazirliyi ilə müzakirə və konsensus əldə etməkdir.

Missiya çərçivəsində ÜST-nin əməkdaşları, Qlobal Malyariya Proqramının Eliminasiya şöbəsinin müdiri Elxan Qasımov və həmin şöbənin əməkdaşı Xiao Hong Li ilə səhiyyə nazirinin müavini Nadir Zeynalov və nazirliyin ictimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva arasında işçi görüş keçirilib.

Daha sonra mütəxəssislər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə baş çəkərək sertifikasiya prosesi ilə bağlı müzakirələr aparıblar.

Son xəbərlər

Orphus sistemi