Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı - STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı - STATİSTİKA Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 2-nə olan statistik göstəriciləri açıqlayıb.
Sağlamlıq
3800
2 May , 2020 22:05

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 2-nə olan statistik göstəriciləri açıqlayıb.

"Report" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 697 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 152 597 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 46 nəfər müalicə olunaraq sağalıb. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 894 yoluxma aşkarlanıb. Onlardan 1 411-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 458-dir.

Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Son xəbərlər

Orphus sistemi