Azərbaycanda 7 nəfər koronavirusdan ölüb, 44-ü sağalıb

Azərbaycanda 7 nəfər koronavirusdan ölüb, 44-ü sağalıb Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb.
Sağlamlıq
6 Aprel , 2020 15:30
Azərbaycanda 7 nəfər koronavirusdan ölüb, 44-ü sağalıb
0 : 00
0 : 00

Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Son xəbərlər

Orphus sistemi