Azərbaycanda kərə yağı adı altında spred yağların satıldığı aşkarlanıb

Azərbaycanda kərə yağı adı altında spred yağların satıldığı aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində fəaliyyət göstərən “Grand Qafqaz” ticarət mərkəzində keçirilən planlı yoxlama zamanı baytarlıq sanitariya ekspertizası olmadan heyvan mənşəli məhsulların,
Sağlamlıq
15 Mart , 2022 16:27
Azərbaycanda kərə yağı adı altında spred yağların satıldığı aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində fəaliyyət göstərən “Grand Qafqaz” ticarət mərkəzində keçirilən planlı yoxlama zamanı baytarlıq sanitariya ekspertizası olmadan heyvan mənşəli məhsulların, müxtəlif əmtəə nişanı ilə kərə yağı adı altında bitki tərkibli spred yağların satışa çıxarıldığını aşkarlayıb.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Həmçinin mal qonşuluğu prinsipinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi