Azərbaycanda ilin sonuna şəkərli diabetdən əziyyət çəkən xəstələrin proqnozlaşdırılan sayı açıqlanıb

Azərbaycanda ilin sonuna şəkərli diabetdən əziyyət çəkən xəstələrin proqnozlaşdırılan sayı açıqlanıb Keçən ilin sonlarına olan statistikaya əsasən Azərbaycanda 197 min şəkərli diabetdən əziyyət çəkən xəstə rəsmi şəkildə qeydiyyatdan keçib
Sağlamlıq
239
14 Noyabr , 2014 10:32
Azərbaycanda ilin sonuna şəkərli diabetdən əziyyət çəkən xəstələrin proqnozlaşdırılan sayı açıqlanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Keçən ilin sonlarına olan statistikaya əsasən Azərbaycanda 197 min şəkərli diabetdən əziyyət çəkən xəstə rəsmi şəkildə qeydiyyatdan keçib. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov deyib.  

Onun sözlərinə görə, cari ilin sonuna xəstələrin 250 mindən çox olacağı proqnozlaşdırılır: "Artım sırf qeydiyyatda olan xəstələrə aiddir. Şəkərli diabet xəstəliyinə qarşı mübarizədə nəinki xəstəyə, həm də dövlətin üzərinə böyük güc düşür. Aparıcı ölkələr həyəcan təbili çalaraq xəstəliyin sayının artmasından olduqca narahatdırlar. Bildiyimiz kimi, dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi ildən-ilə sürətlə artır. Hazırda dünyada 380 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da mövcud xəstəlik geniş yayılıb". 

Mərkəzin direktoru onu da qeyd edib ki, adıçəkilən xəstəlik 2 qrupa bölünür: 1-ci qrup xəstəlik ən çox cavanlarda müşahidə olunur, 2-ci qrup xəstəlik isə qocalarda rast gəlinir ki, bu da 85-90 faiz təşkil edir. 250 min bu xəstəlikdən əziyyət çəkənlərin 1000 nəfəri məhz uşaqlar arasında müşahidə olunur. Qeyri-normal həyat tərzi xəstəliyin baş verməsinə səbəb olur. Qeyd etməliyəm ki, xəstəliklə əlaqədar pasientin hansı nahiyəsindən amputasiya olunması çıxış yolu deyil. Çünki bu müəyyən müddətlik prosesdir.

Son xəbərlər

Orphus sistemi