Azərbaycanda İİV xəstəliyinin yayılmasının lokallaşdırılmasına nail olunub

Azərbaycanda İİV xəstəliyinin yayılmasının lokallaşdırılmasına nail olunub İİV xəstəliyinin Azərbaycanda risk qruplarına aid şəxslər arasında yayılmasının lokallaşdırılmasına nail olunub.
Sağlamlıq
30 Noyabr , 2022 15:10
Azərbaycanda İİV xəstəliyinin yayılmasının lokallaşdırılmasına nail olunub

İİV xəstəliyinin Azərbaycanda risk qruplarına aid şəxslər arasında yayılmasının lokallaşdırılmasına nail olunub.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, bu nailiyyət uzun müddət əks-epidemik tədbirlər nəticəsində mümkün olub: “Azərbaycan İİV-ə ən az yoluxan ölkələr sırasındadır. Ölkədə vəziyyət nəzarət altındadır. Epidemik sıçrayışlar mövcud deyil. Son 10 ayda İİV-ə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68 %-i kişi, 32 %-i isə qadın olub”.

F.Məmmədov bildirib ki, Azərbaycanda İİV-lə uğurlu müalicə nəticələri 86 %-ə yaxınlaşıb. Mərkəz direktoru vurğulayıb ki, bu təcrübə digər ölkələrlə bölüşdürülüb.

“Bəzən bu infeksiyaya yoluxanlar həkimə vaxtında müraciət etməkdən çəkinirlər. Bildirmək istəyirəm ki, bütün test nümunələri anonim şəkildə götürülür”, - F.Məmmdəov əlavə edilib.

Son xəbərlər

Orphus sistemi