Azərbaycanda koronavirus əleyhinə vaksinasiya ilə bağlı yeni statistika açıqlanıb.
“Report” xəbər verir ki, indiyədək ölkə əhalisinin 12 %-i peyvənd olunub.
Əhalinin 88 %-i isə hələ vaksinasiyadan keçməyib.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 055 986, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 184 780, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 871 206 nəfər təşkil edir.
Xatırladaq ki, Azərbaycanda yanvar ayının 18-dən əhalinin COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabınadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.