Azərbaycanda Ebola virusuna yoluxma hallarının olması barədə məlumatlara rəsmi münasibət bildirilib

Azərbaycanda Ebola virusuna yoluxma hallarının olması barədə məlumatlara rəsmi münasibət bildirilib Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlama verib
Sağlamlıq
15 Noyabr , 2014 09:32
Azərbaycanda Ebola virusuna yoluxma hallarının olması barədə məlumatlara rəsmi münasibət bildirilib

Bakı. 15 noyabr. REPORT.AZ/ “Azərbaycanda Ebola virusuna yoluxma halı qeydə alınmayıb”. Bunu “Report”un sorğusuna cavab olaraq  Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Nazirlik sözçüsü Ebola virusunun Azərbaycan ərazisində yayılmasının qarşısının alınması ilə bağlı vəziyyətin tam nəzarət altında olduğunu vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov Ebola virusuna dair əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib. Belə ki, xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, Ebola virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal hospitallaşdırılması üçün şəraitin yaradılması və s. bu kimi xüsusi qabaqlayıcı tədbirlərin görülməsi barədə əlaqədar qurum rəhbərlərinə tapşırıq verilib.

Son xəbərlər

Orphus sistemi