Azərbaycanda dövriyyədən çıxarılmış narkotik vasitələr və psixotrop maddələr tibbdə istifadə oluna bilər

Azərbaycanda dövriyyədən çıxarılmış narkotik vasitələr və psixotrop maddələr tibbdə istifadə oluna bilər Azərbaycanda cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa ç
Sağlamlıq
18 May , 2022 20:58
Azərbaycanda dövriyyədən çıxarılmış narkotik vasitələr və psixotrop maddələr tibbdə istifadə oluna bilər

Azərbaycanda cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydası hazırlanacaq.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Cinayət-Prosessual Məcəllənin tətbiqi barədə fərmanda dəyişiklik edib.

Sənədə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla beş ay müddətində bu qaydanı müəyyənləşdirmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi