Azərbaycanda daha 3 086 nəfər koronavirusa yoluxub, 43 nəfər ölüb

Azərbaycanda daha 3 086 nəfər koronavirusa yoluxub, 43 nəfər ölüb Azərbaycanda bu gün koronavirus infeksiyasına 3086 yeni yoluxma faktı qeydə alınıb, 1781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
9898
7 Dekabr , 2020 17:57
Azərbaycanda daha 3 086 nəfər koronavirusa yoluxub, 43 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 3 086 yeni yoluxma faktı qeydə alınıb, 1 781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 43 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 149 765 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 90 278 nəfər müalicə olunaraq sağalıb, 1 675 nəfər vəfat edib, aktiv xəstə sayı 57 812 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 190, bu günə qədər isə ümumilikdə 1 847 191 test icra olunub.

Son xəbərlər

Orphus sistemi