Azərbaycanda daha 2197 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 2197 nəfər koronavirusa yoluxub Analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib
Sağlamlıq
20 Aprel , 2021 16:34
Azərbaycanda daha 2197 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4 203 nəfər vəfat edib. 32 170 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 777, bu günə qədər isə ümumilikdə 3 128 656 test icra olunub.

Son xəbərlər

Orphus sistemi