Azərbaycanda daha 199 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda daha 199 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib Azərbaycanda koronavirus infeksiyasına daha 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
15 İyul , 2021 17:02
Azərbaycanda daha 199 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
0 : 00
0 : 00

Azərbaycanda koronavirus infeksiyasına daha 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 020 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9093, ötən müddət ərzində isə ümumilikdə 3 886 055 test aparılıb

Son xəbərlər

Orphus sistemi