Azərbaycanda sutkalıq yoluxma sayı 100-ü ötdü

Azərbaycanda sutkalıq yoluxma sayı 100-ü ötdü Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103yeni yoluxma faktı qeydə alınıb, 221nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
7549
14 Avqust , 2020 17:20
Azərbaycanda sutkalıq yoluxma sayı 100-ü ötdü
0 : 00
0 : 00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, 2 024 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 969, bu günə qədər isə ümumilikdə 820 002 test icra olunub.

Orphus sistemi