Azərbaycanda çalışan həkimlərin sayı açıqlanıb

Azərbaycanda çalışan həkimlərin sayı açıqlanıb
Səhiyyə
155
21 Yanvar , 2020 19:03
Azərbaycanda çalışan həkimlərin sayı açıqlanıb

Azərbaycanda çalışan həkimlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ilkin məlumatlara əsasən, 2020-ci ilin əvvəlinə ölkədə 32,6 min həkim və 54,2 min orta tibb işçisinin çalışdığı 565 xəstəxana və 1745 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim, 54 orta tibb işçisi düşür.

2019-cu ildə əvvəlki illə müqayisədə bu vəsaitin məbləği 46,9 faiz artırılaraq 1042,5 milyon manata çatdırılıb.

Səhiyyəyə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan verib. Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsidir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə “ Tibbi Sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildən ölkədə icbari tibbi sığortanın inzibati ərazi vahidləri üzrə mərhələli şəkildə tətbiqinə başlanılmış və bu prosesin cari ilin sonunadək tamalanması nəzərdə tutulub.