Bakı. 2 dekabr. REPORT.AZ/ "Cari ilin 10 ayı ərzində ölkədə 1188 qida zəhərlənməsi qeydə alınıb". Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, qida zəhərlənməsi halları ən çox ev şəraitində hazırlanan qidalara aid olub: "Həmin qidalar ev şəraitində hazırlandığına görə, ən çox böyüklər həkimə müraciət ediblər".
İ.Abdullayev əlavə edib ki, bu il üçün heç bir şadlıq evində kütləvi qida zəhərlənməsi halları qeydə alınmayıb.