Azərbaycanda bu dərmanın satışına qadağa qoyulub

Azərbaycanda bu dərmanın satışına qadağa qoyulub Topdansatış əczaçılıq müəssisələri və “EQIS Əczaçılıq Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi məlumatlandırılıb.
Sağlamlıq
5 Fevral , 2021 14:32
Azərbaycanda bu dərmanın satışına qadağa qoyulub

Səhiyyə Nazirliyi “Hartil®-D” əmtəə nişanlı dərmanın Azərbaycana gətirilməsi və satışını qadağan edib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “EQIS Əczaçılıq Zavodu” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından həmin seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərara alınıb.

Bu barədə topdansatış əczaçılıq müəssisələri və “EQIS Əczaçılıq Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi məlumatlandırılıb.

Eyni zamanda 0010319 seriya ilə buraxılmış son istifadə tarixi gələn ilin martınadək olan “Hartil®-D” ticari adlı ramipril/hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlərin ölkəmizə idxalı və topdan və pərakəndə satışı qadağan edilib.

Son xəbərlər

Orphus sistemi