Azərbaycanda böyrək çatışmazlığı ilə hemodializ alan 15 yaşa kimi 6 uşaq var

Azərbaycanda böyrək çatışmazlığı ilə hemodializ alan 15 yaşa kimi 6 uşaq var Uşaqlarda əksər hallarda böyrək çatışmazlığı irsi böyrək xəstəlikləri hesabına baş verir
Sağlamlıq
7 Sentyabr , 2016 13:03
Azərbaycanda böyrək çatışmazlığı ilə hemodializ alan 15 yaşa kimi 6 uşaq var

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Böyrək xəstəliklərinin yaranmasının səbəblərini həm anadangəlmə, həm də qazanılan böyrək xəstəlikləri təşkil edir. Son zamanlarda şəkərli diabet və ürək xəstəliklərinin də böyrək çatışmazlığı ilə fəsadlaşmasına daha çox rast gəlinir".

"Report"un məlumatına görə, bunu M.C. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

O bildirib ki, anadangəlmə böyrək xəstəlikləri irsi olur: "Bu da ümumi böyrək xəstəliklərinin sayının artmasına səbəb olan faktorlardan biridir. İnsanlarda soyuqdəymə, qaraciyər qan dövranının pozulması hesabına xəstəliklərin yaranması ehtimalı böyükdür. Böyrək xəstəlikləri fəsadlaşan xəstələrin sayı 10 minə yaxındır. Onların da 3100 nəfəri böyrək çatışmazlığı diaqnozu ilə hemodializ seanslarına cəlb olunub".

"Uşaqlarda əksər hallarda böyrək çatışmazlığı irsi böyrək xəstəlikləri hesabına baş verə bilir. Amma sonradan da hər hansı bir xəstəlik böyrək çatışmazlığı ilə fəsadlaşa bilər. Bu gün Azərbaycanda böyrəkçatışmazlığı ilə hemodializ alan 15 yaşa kimi 6 uşaq var. Onlardan ən kiçiyi 6 yaşındadır"- deyə F. Babayev deyib.

Son xəbərlər

Orphus sistemi